Şengen vizası ilə bağlı vacib məqamlar

Məcid Musayev23.05.2018 2218

Şengen vizası neçəyədir? Bu vizanın alınması üçün hansı sənədlər lazımdır? Uzunmüddətli Şengen vizası almaq üçün nə etmək lazımdır və s. suallara cavabı bu məqaləmizdə tapa bilərsiniz.

Bütün Avropa ölkələrinə Şengen vizası ilə getmək olarmı?

Hələ də bir çoxları Avropa İttifaqı (Aİ) və Şengen zonasını səhv salırlar. Şengenə 26 ölkə daxildir. Bu ölkələr öz aralarında sərhədləri ləğv ediblər. Eyni zamanda Andorra, Vatikan və San-Marino kimi Avropanın cırtdan dövlətləri də bu zonaya daxildir. Bolqarıstan, Rumıniya, Kipr və Xorvatiya Aİ-nin üzvü olsalar da, Şengen zonasına daxil deyillər. Lakin həqiqi Şengen vizası olduğu halda siz bu ölkələrə də səyahət edə bilərsiniz. Ancaq səyahətçilər diqqət etməlidirlər ki, bu qayda yalnız birtərəfli formada qüvvədədir. Yəni Bolqarıstan, Rumıniya, Kipr və ya Xorvatiya milli vizasını əldə etdikdə siz Şengen zonasına keçə bilməzsiniz.

İlk giriş qaydası varmı və bu nə deməkdir?

Bəli, belə bir qayda var. Bu nə deməkdir və bu kimə aiddir? Bu, səyahət etdikdə dəqiq olaraq hansı ölkəyə gəlib qalacaqlarını bilməyən səyahətçilər üçündür. Məsələn, əgər siz bir neçə Şengen zonası ölkəsini əhatə edəcək velosiped səyahəti nəzərdə tutmusunuzsa və ya Aralıq dənizi hövzəsinin bir neçə ölkəsinə dəniz kruizi çərçivəsində baş çəkməyi planlaşdırırsınızsa, siz ilk sərhədini keçəcəyiniz Şengen ölkəsinin vizasını əldə etməlisiniz. 

Bütün digər hallarda siz əsas vaxt keçirəcəyiniz Şengen ölkəsinin vizasını almalısınız. Əgər siz məzuniyyətinizi Parisdə keçirmək istəyirsinizsə və birbaşa uçuş reysi olmadığı üçün Romada təyyarə dəyişərək Fransaya uçacaqsınızsa, bu zaman sizə yalnız Fransaya Şengen vizasını almaq lazımdır. Roma sərhədində sizdən hər hansısa əlavə sual soruşulduqda, sadəcə, digər uçuşa olan biletinizi və ya otel qeydiyyatınızı göstərməyiniz kifayətdir. 

Şengen vizasının alınmasına qənaət etmək imkanı varmı?

Şengen vizasının konsulluqda rəsmiləşdirilməsi ən ucuz variantdır. Bu zaman siz bütün Şengen ölkələri vizaları üçün vahid rüsm - 35 avro ödəməlisiniz. Ancaq bu halda problem ondan ibarətdir ki, konsulluq şöbəsi gündə cəmi bir neçə saat işləyir və yalnız öncədən yazılmış (qeydiyyatdan keçmiş və görüş vaxtı alınmış) müştəriləri qəbul edir. Buna görə də sizin müraciətiniz bir aya yaxın vaxt apara bilər. 

Hazırda bir çox səfirliklər konsulluq işlərini viza mərkəzlərinə həvalə edirlər. Viza mərkəzi səfirliyin təsdiqindən keçmiş və müştərilərə vizaların rəsmiləşdirilməsi istiqamətində bütün zəruri xidmətləri göstərən kommersiya şirkətidir. Bu mərkəz viza rəsmiləşdirilməsi zamanı sizdən əlavə 30 avroya qədər rüsm tuta bilər. Məsələn, bu gün Bakıda Fransa, İspaniya, Portuqaliya, Belçika, Lüksemburq vizalarını ayrıca viza mərkəzindən əldə etmək olar. 

Multişengen vizasını əldə etmək üçün nə lazımdır?

Ümumi qaydalar belədir:

  • Bir illik multişengeni pasportlarında indiyədək bir və ya iki dəfəlik Şengen vizaları olan şəxslər əldə edə bilərlər;
  • İki illik multivizanı pasportunda indiyədək bir illik 2 multişengen vizası olan şəxslər əldə edə bilərlər;
  • Beş illik multişengen vizanı isə pasportunda bu günə qədər 2 iki illik (onlardan biri müraciət olunan ölkənin konsulluğu tərəfindən verilməlidir) Şengen vizası olan şəxslər əldə edə bilərlər. 

Viza günləri necə hesablanır?

Çoxdəfəli turistik viza daşıyıcısı vizasında qeyd edilmiş tarixlər çərçivəsində Şengen zonasına istədiyi qədər gedib-gələ bilər, lakin hər bir halda siz 6 aylıq müddətdə 90 gündən artıq Şengen zonasında qala bilməzsiniz.  Bu 6 ay müddəti təqvim tarixi ilə deyil, sizin səyahət tarixinizdən hesablanır. Bu müddəti (günləri) dəqiqliklə necə hesablamaq olar? Bundan ötrü internetdə olan onlayn kalkulyatorlardan istifadə edə bilərsiniz. Diqqətinizdə olsun ki, Şengen zonasına daxil olmayan Bolqarıstan, Kipr, Rumıniya və Xorvatiya sözügedən 6 aylıq müddətin hesablanmasına aid deyil. 

Rəsmi iş yeri olmadan Şengen vizası əldə etmək mümkündürmü?

Bəli, mümkündür. Çünki əsas meyar sizin işinizin olub-olmaması yox, səyahət üçün kifayət qədər maddi vəsaitinizin olmasıdır. Hər bir Şengen ölkəsi üçün bu meyar fərqlidir. Məsələn, Niderlandda bu göstərici gündəlik 34 avro təşkil edir. Çexiyada 42, İtaliyada 45, İslandiyada 50, İspaniyada 65 (ancaq bütün səyahət üçün 581 avrodan az olmamaq şərtilə), Danimarkada 70. İsveçrə və Estoniya üçün 86 avrodur.  

Balaca uşaqla səyahət edəcəyiniz halda hansı sənədlər lazımdır?

Adətən, 18 yaşından yuxarı şəxs üçün tələb olunan sənədlər uşaqlar üçün də zəruridir. Bunlar ümumvətəndaş pasportu (xarici pasport), uşağın doğum haqqında şəhadətnaməsi, valideyini və ya qəyyumu tərəfindən doldurulmuş anket forması, fotoşəkil, tibbi sığorta qəbzindən ibarətdir. Əgər yetkinlik yaşına çatmamış uşaq hər hansısa üçüncü şəxsin müşayəti ilə xaricə getməlidirsə, hər iki valideyn tərəfindən notarial təsdiq edilmiş razılıq sənədi tələb olunacaq. Həmin sənəd Şengen vizasına müraciət olunan bütün tarixləri əhatə etməlidir. Əgər yetkinlik yaşına çatmamış uşaq valideynlərindən biri ilə səyahət edirsə (digər valideyn rəhmətə getdiyi hal istisna olmaqla), digər valideynin də notarial təsdiq edilmiş icazə sənədi olmalıdır. 

Barmaq izlərinin götürülməsi prosesi 

2015-ci ilin sonundan etibarən Şengen zonasına daxil olan bütün ölkələr vahid məlumat bazasından istifadə edirlər. Bu bazada vizaya müraciət edən şəxsin bütün məlumatları əks olunur. Biometrik məlumatları (rəqəmsal şəkil və barmaq izləri) yalnız konsulluq şöbəsində və ya səlahiyyətli viza mərkəzində vermək lazımdır. Bu proses 5 ildən bir aparılır. 12 yaşına qədər uşaqlar biometrik məlumatların verilməsindən azaddırlar. 

Viza rəsmiləşdirilməsi (alınması) nə qədər vaxt aparır?

Viza müraciətini səyahətinizdən ən tez 3 ay öncədən edə bilərsiniz. Əgər uçuşunuza 3 və ondan az vaxt qalıbsa siz təcili vizaya da müraciət edə bilərsiniz, onun rüsumu 70 avro təşkil edir. Bir qayda olaraq, Şengen vizası müraciətinə cavab 10 günə gəlir. Səfirlik bu və ya digər şəxsin müraciəti əsasında əlavə məlumat əldə etmək istədiyi halda, vizaya cavab 15 günə gələ bilər. Bakıda fəaliyyət göstərən bəzi səfirliklərin konsulluqları (məsələn, Litva, Yunanıstan) bütün sənədlər qaydasında olduğu halda viza müraciətinə 48 saat müddətində cavab verir.

Viza mərkəzinə müraciət edərək multişengen əldə etmək daha realdırmı?

Unutmayın ki, vizaların verilməsində, yaxud verilməməsində son söz konsula aiddir və bir qayda olaraq o, müraciət edənin viza mərkəzindən və ya şəxsən konsulluğa müraciət etməsi ilə maraqlanmır. Viza mərkəzləri və ya viza dəstəyi göstərən turizm agentliklərinin xidmətlərindən yararlanmağın ən yaxşı cəhəti ondandır ibarətdir ki, onlar sizə rahat iş qrafiki təqdim edir, zəruri olan sənədləri toplayaraq, onları düzgün doldururlar. Ancaq istənilən halda biometrik məlumatlarınızı vermək üçün siz birbaşa səfirliyə yaxınlaşmalısınız. Eyni zamanda unutmayın ki, əksər səfirliklər vizaya müraciət üçün zəruri olan sənədlər qovluğunun təqdim edilməsində viza istəyənin şəxsən iştirakını tələb edirlər. 

“Viza aldım, lakin səyahət edə bilmədim”, bu halda hansısa mənfi amil ola bilərmi?

Əgər siz bu və ya digər Şengen zonası ölkəsinə viza əldə etdiyiniz, ancaq hər hansısa səbəbdən səyahət edə bilməyibsinizsə, narahat olmağa heç bir səbəb yoxdur. Viza sizə xarici ölkəyə səyahət etmək hüququ verir, lakin sizin qarşınıza mütləq getmək tələbi qoymur. İstisna hallarda səfirlik sizdən hansı səbəbdən vizanı istifadə etməyinizi soruşa bilər. Bu zaman siz, ya kiçik bir məktub yazaraq, ya da şifahi şəkildə vizadan istifadə etməməyinizin səbəbini izah edə bilərsiniz. Adətən, bu, sadəcə, məlumatlandırma xaraketi daşıyan bir prosedurdur.

İmtina və onun səbəbləri

Şengen vizasına müraciətə imtina cavabı almaq ehtimalı hər zaman mümkündür. Amma səfirlik, adətən, obyektiv səbəblərdən viza müraciətinə mənfi cavab verir. Əsas səbəblərdən biri zəruri sənədlərin düzgün doldurulmaması və ya hər hansısa saxta sənədin təqdim edilməsidir. Məsələn, hazırda işləmədiyiniz yerdən sənəd təqdim etmisinizsə və ya əmək haqqınızı çox göstərmisinizsə rədd cavabı ala bilərsiniz. 

Digər obyektiv səbəblərdən biri Şengen zonasının qanunlarının pozulmasıdır. Məsələn, sizi bu və ya digər Şengen ölkəsindən deportasiya ediblərsə və ya siz qaldığınız müddətdə bu və ya digər miqrasiya qanununu pozmusanızsa, belə hallarda səfirlik sizin növbəti vizaya müraciətinizə rədd cavab verəcək.

Digər imtina səbəbləri:

 

  • Zəruri olan bütün sənədlərin təqdim edilməməsi. Bu zaman hansı sənədləri təqdim etmədiyinizi yoxlayaraq, onları toplayıb bir daha viza müraciəti edə bilərsiniz. Nəzərə alın ki, hər bir viza müraciəti üçün yenidən viza rüsumu ödənilməlidir.
  • Siz Şengen zonası üzrə (3 aydan 1 ilə qədər) karantindəsiniz. Bu zaman heç bir Şengen ölkəsi üzrə viza müraciətinizə müsbət cavab verilməyəcək.
  • Müddətsiz imtina: Bu halda sizə Şengen zonasına daxil olmaq, ümumiyyətlə, qadağandır.

Viza müraciətinizə imtina cavab alandan sonra sizə bu qərardan şikayət edə bilərsiniz.  Bunun üçün apellyasiyaya müraciət etmək lazımdır. Apellyasiya müraciətinə aid bütün prosedur, qayda, ünvan və digər müddəalar sizə pasportunuzla birgə verilən imtina məktubunda qeyd edilir. 

Etibarlılıq Şengen vizası ilə siz Bolqarıstan, Rumıniya, Kipr, Xorvatiya, Serbiya, Albaniya və ya Hibraltara da səyahət edə bilərsiniz. Eyni zamanda Şengen vizası ilə sizin Fransanın Dənizaşırı Bölgələrinə (Reyunyon, Fransa Qvianası, Qvadelupa, Sen-Marten) də səyahət etmək hüququnuz var. Ancaq bu ərazilərə səyahət zamanı sizin Şengen vizanızda “Dənizaşırı Bölgələrdə” etibarlıdır icazəsi qeydi olmalıdır. 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 0
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı

Avtomobil hərəkəti olmayan 5 şəhər

Məcid - 02.07.2018 641
Venesiya (İtaliya) Venesiya avtomobil hərəkəti olmayan, müasir şəhər misalının ən bariz nümunəsidir. Hər il 20 milyon turistin ziyarət etdiyi Venesiyada avtonəqliyyat infrastrukturu praktiki olaraq mövcud deyil. Şəhərin əsas ictimai nəqliyyatı su üzərində hərəkət edən taksi-qa...
Davamı

Səyahət zamanı əcza qutusunun (apteçkanın) içinə nələr qoyulmalıdır?

Məcid - 18.06.2018 416
İsti yay aylarında bir çoxumuz harasa səyahət edirik. Xaricə və ya ölkə daxili hansısa digər bir şəhərə səyahət zamanı əcza qutusunun yığılması elə də asan iş deyil. Bu mövzu arışdıraraq vacib məqamları diqqətinizə çatdırıram. Siz səyahətə hazırlaşırsınız, əcza qutusuna nə...
Davamı

Dünya ölkələrinin pasportları niyə cəmi 4 rəngdə olur?

Məcid - 18.06.2018 1584
Azərbaycanın ümumvətəndaş pasportunun yaşıl, Rusiya pasportunun qırmızı və ya ABŞ pasportunun niyə göy rəngdə olduğunu düşünmüsünüz? Bu və ya digər ölkə öz pasportunun rəngini nəyə əsasən seçir? Qırmızı: Dünya ölkələri pasportla...
Davamı

7 vizasız ölkə sizi qonaq gözləyir

Məcid - 17.06.2018 1422
Bəzən elə məqam olur ki, əlinizdəki hər şeyi atıb, uzanan üfiq qədər uzağa getmək istəyirsiniz.  Bu səyahət etmək ruhunuzun sizə olan çağırışıdır. Ancaq istirahət üçün harasa səyahət etmək istəyi viza əldə etmək üçün bu və ya digər ölkə səfirli...
Davamı

Səyahət zamanı pulu düzgün xərcləyin.

Məcid - 02.06.2018 423
Səyahət zamanı nağd pul yoxsa bank kartı götürmək lazımdır? Pullarınızı bankda yoxsa valyutadəyişmə məntəqəsində dəyişmək lazımdır? Səyahət etdiyiniz istiqamətlərin sizə çox baha başa gəlməməyi üçün bu məqaləmizlə yaxından tanış olun. Özünüzlə nə a...
Davamı

Yaponiya – dünyanın turizm möcüzəsi

Məcid - 31.05.2018 559
Son 5 ildə 20 milyondan çox turist Yaponiyaya səyahət ediblər. 1995-ci ildən 2012-ci ilə qədər Yaponiyaya gələn turistlərin sayı 3,3 milyondan 8,4 milyon insana çatıb. Bu illik 6% artım deməkdir.  Artım hal-hazırda da davam etməkdədir. BMT nəzdində Ümumdünya Tur...
Davamı

Afina – tarix və əyləncə şəhəri.

Məcid - 29.05.2018 390
7000 ildən artıq tarixə malik Afinanın mərkəzində Likantos yüksəkliyi və onun üzərində Akropol yerləşir. Bu yüksəklik praktiki olaraq şəhərin bütün nöqtələrindən görünür. Bu yerdə ilk sarayları hələ eramızdan əvvəl 14-cü əsrdə mikenalılar tikiblər. D...
Davamı

Səyahət çamadanınızı yığmaq üçün 9 faydalı məsləhət

Finmarket - 25.12.2017 317
Tez-tez səyahət edən adam üçün bütün paltar və şəxsi əşyalarını səliqə ilə çamadana yığıb, yerləşdirmək hər dəfə macəra dolu oyuna çevrilir. Şalvar və ayaqqabılar,  qalın üst geyimləri, suvernirlər və s. bunların hamısını bir çamadana yerləşd...
Davamı

Uçuş zamanı əsəbləri oyadan 13 hərəkət

Finmarket - 22.11.2017 144
Hava limanında və ya təyyarənin göyərtəsində olanda digər sərnişinlərin bu hərəkətləri etməsi adamı birmənalı şəkildə əsəbiləşdirir. Əgər siz davamlı olaraq hava nəqliyyatından istifadə edirsinizsə, sadalayacağımız 13 hərəkət sizə tanış gələcək. 1. Baqajınızın qeydiyyatı proseduruna vaxt ...
Davamı