Step IT Academy şirkəti haqqında

Səbuhi Məmmədəliyev19.09.2018 289

Step IT Academy – kompüter təhsili üzrə ixtisaslaşan beynəlxalq müəssisədir.

Şirkət 1999-ci ildə fəaliyyətə başlayıb. Akademiya 18 dünya ölkəsində fəaliyyət göstərir, 55 filialı, 1000 müəllimi, 40 000 tələbəsi və 85 000 məzunu var.  

Step IT Academy – Microsoft, Cisco, Autodesk səlahiyyətli ən iri təlim mərkəzidir. Step IT Academy –nin tələbələri təlim prosesində beynəlxalq sertifikatları pulsuz əldə edə bilirlər.

Bizim müəllimlərimiz İT sənayesində təcrübəli mütəxəssislərdir. Dərsliklərdə yazılmayanları öyrədirlər.

Step IT Academy –də təlim İT sənayesində yüksək qiymətləndirilən müəllif metodikası sayəsində aparılır.  2014-cü il Step IT Academy ən yaxşı Cisco təlimatçılarını hazırlayan mərkəz və ən yaxşı dəstək Mərkəzi adına layiq görülmüşdür.   

Step IT Academy –nin yüksək nəticələrinin əsasında müəyyən prinsiplər durur:

  • Müəllimlər – İT sənayesi üzrə peşəkarlardır;
  • Təlim prosesində qabaqcıl texnologiyaların istifadəsi və avtomatlaşdırılması;
  • Müasir avadanlıq;
  • Müasir tədris-metodiki baza;
  • Tədrisin müəllif metodikası ilə keçirilməsi;

Müxtəlif müsabiqələr və yarışlar üzrə çoxsaylı diplom və medallar

  • Qızıl bayt nüfuzlu beynəlxalq çempionatda ilk yerlər
  • Cisсo beynəlxalq olimpiadasında birinci yer
  • Ən nüfuzlu Microsoft Imagine Cup çempionatında  birinci yer
  • NetRiders beynəlxalq yarışmalarında birinci yer

  Step IT Academy-də təhsil almanın üstünlükləri

  • Müasir və aktual təlim proqramı. Unikal təhsil və metodiki material. Bizdə hər şey dalbadal öyrədilmis, sadəcə iş üçün faydalı olan məlumatlar öyrədilir.  
  • Сisco, Microsoft, Autodesk-in beynəlxalq sertifikatları .
  • Rahat dərs qrafiki. Təlim formasının geniş seçim imkanı: stasionar, yarı stasionar, individual qrafikSəhər, günorta ya axşam məşğul olmaq imkanı.
  • Əldə edilmiş biliyin artıq təlim prosesində tətbiq edilməsi.
  • Peşəkarlar öyrədir. Müəllimlər İT sahəsində məşğul olan mütəxəssislərdir.
  • Müasir texnika və rahat auditoriyalar.
  • İşlə təmin olunmasına yardım. Akademiyanın tələbə və məzunları üçün işəgötürənlərdən real vakansiyaların mövcud olması.
  • 100% təcrübi məşğələlər. Təlim prosesi monoton mühazirələr olmadan təcrübi məşğələlər üzərində qurulmuşdur.  
  • Kiçik qruplar. Hər bir tələbəyə individual (fərdi)  yanaşma. Böyük, işıqlı auditoriyalar. Hər bir tələbə öz kompüterində işləyir.
  • Akademiyanın məzunları kursu uğurla başa çatdırdıqdan sonra beynəlxalq dərəcəli diplom əldə etmiş olurlar.
  • Uşaqların gələcək peşə seçiminin müəyyən edilməsinə imkan verən peşəkar kompüter təhsil bazasından təhsil almaq imkanı.
  • Akademiya qəbul olan uşaqların məktəbdə olan fəaliyyətləri daha da yüksəlir. 
  • Təhsil prosesində tələbələrin əldə etmiş olduğu ixtisasa əmək bazarında tələbat çoxdur. İT mütəxəssisin orta əmək haqqı 3000$-dır.
  • Akademiya tələbələrinin yaş həddi – 9-dan 55-ə dək.     

Bizim məhsulun xüsusiyyətləri

Təlim proqramı

Müasir və aktual təlim proqramı. Təlim prosesi unikal müəllif metodikası ilə, sadəcə xüsusi əşyalar, minimum nəzəri maksimum təcrübi məşğələlərlə həyata keçirilir. Proqrama hər il yenidən baxılır: İT bazarı dəyişir və biz onun tələblərinə uyğunlaşırıq. Təlim prosesi elə planlaşdırılıb ki, tələbə daimi olaraq sadədən mürəkkəbə doğru bilikləri əldə etmiş olsun.

Tədris prosesi

Tələbələr müasir avadanlıqlarla təchiz edilmiş, işıqlı və geniş auditoriyalarda təhsil alır.  Müəllim hər kəsə maksimum dərəcə zaman ayıra bilsin deyə kiçik qruplar yığırıq. Akademiyada tələbələr bütün ehtiyac olunan əşyalarla təmin olunurlar. Kitab və ya hansısa materialları almağa ehtiyac yoxdur. Həmçinin laboratoriyaları, rəsm auditoriyaları və şəxsi fotostudiyası mövcuddur.

Tələbələr stasiona-yarı stasionar, iş günləri / həftə sonları, səhər/günorta/axşam olmaq üzrə özləri üçün rahat olan məşğələ saatlarını seçə bilərlər. Uşaqlar üçün də dərslər mövcuddur. Fərdi (individual) və ya qrup şəklində fəaliyyət göstərilir.

Step IT Academy – nin universitet və məktəb təhsilindən fərqləri

Tədris proqramı və prosesi məktəb və universitet tədrisindən bunlarla fərqlənir:

  • Akademiyada tədris proqramı müasirdir, universitetlərdə isə illərlə bu proqram yenilənmədən qala bilər;
  • monoton mühazirələr və lazımsız əşyalar olmadan, 100% təcrübə;
  • Bizim müəllimlərimiz İT sahəsində işləyirlər. Onlar materialı təkcə kitab üzərindən deyil, təcrübəyə əsasən bilirlər;
  • Bizim qruplarımızda 15-dən çox tələbə olmur. Müəllimlər də hər kəsə diqqət ayıra bilir;

Ən əsas fərq isə odur ki, – Step IT Academy hər bir tələbənin uğurlu iş həyatı üçün təməl yaradır.  

Step IT Academy-də ixtisaslar

Peşəkar Kompüter Təhsili 15 yaşdan 55 yaşa kimi

Tələbələr Kompüter Qrafikası və Dizayn; Proqram Təminatının yaradılması; Şəbəkələr və Kibertəhlükəsizlik; istiqamətləri üzrə peşəkar kompüter təhsili əldə edirlər.  Tədris proqramı iki il yarım davam edir.  Sonda isə Akademiyanın diplomunu əldə edirlər. Təlim prosesində isə imtahanı uğurla başa vurduqda Сisco, Microsoft, Autodesk-in beynəlxalq sertifikatlarını qazanırlar.

Xüsusi peşə kursları–15 yaşdan 55 yaşa kimi

İxtisaslaşmış kompüter kurslarında təlim müddəti 3 aydır. Kursun məqsədi İT ixtisası üzrə  dar istiqamətdə əsas bilik və bacarıqları verməkdir. Dərslər kiçik qruplarda keçirilir. Hər bir tələbənin öz iş yeri və kompüteri var.  Bütün müəllimlər  böyük iş təcrübəsinə sahib təcrübəli mütəxəssislərdir.  

1 il müddətində olan xüsusi kurslar: Veb layihələrin yaradılması və dizaynı, Java-da proqram təminatının yaradılması.

3 ay müddətində olan xüsusi kurslar: Peşəkar rəqəmsal fotoqrafiya kursu.

Kiçik Kompüter Akademiyası – 9 yaşdan 14 yaşa kimi

Uşaqlar kursda peşəkar kompüter təhsilinin ilkin biliklərini əldə edirlər. Qruplar yaş kateqoriyasına görə bölünürlər: 9-yaşından 11 yaşa kimi olan qrupda təhsil 5 illik, 12 yaşdan 14 yaşa kimi olan təhsil proqramı isə 3 illikdir.

Step IT Academy-də təhsilin zəmanəti

Step IT Academy tələbələrə keyfiyyətli və müasir kompüter təhsilinin alınmasına zəmanət verir. Biz seçilən istiqamət üzrə lazımi biliklərin əldə edilməsi üçün bütün vasitələri veririk.  Bizim keyfiyyətli tədrislə bağlı olan zəmanətimiz sadəcə beynəlxalq dərəcəli diplomlar və sertifikatlar deyil həm də 19 ildən çox gərgin işi, 30 min tələbəsi,  məzunlarının minlərlə uğur hekayəsi olan Beynəlxalq Kompüter Akademiyasının yüksək statusudur.

 

Əlaqə vasitələri

Ünvan:

Bakı, Koroğlu Rəhimov, 70

Telefon:  

(012) 599 11 59 

(055) 713 19 12 

(050) 713 19 12

Mail:

office.baku@itstep.org

Social Networks:

Facebook - https://www.facebook.com/ITSTEPAcademyBaku/

Instagram - https://www.instagram.com/stepit_baku/

 

Səbuhi Məmmədəliyev

Özünü sadəcə bir insan sayır. Əsas missiyası düzgün yaşamaqdır. Məqsədi – cəmiyyətə yardım etməkdir. Psixoloji problemlərdən və stereotiplərdən ətraf mühitin təmizlənməsində tövhə verməyə çalışır. Məqalələri

Oxşar məqalələr

“Startup” nədir? Uğurlu biznes qurmaq üçün addımlar

Anar - 09.10.2018 127
“Startup” əvvəllər ABŞ-da başlayan və daha sonra dünyaya yayılan müasir biznes modelidir. Sıfırdan biznes həyatına atılan iş adamları üçün nəzərdə tutulan və texnoloji vasitələrlə gücləndirilmiş bu model, daha çox sürətlə inkişaf edən biznes mo...
Davamı

BMS "İnsan Resurslarının İdarə Edilməsi" təliminə start verəcək

Finmarket - 08.10.2018 83
“Business Management School” MMC olaraq "İnsan Resursları" sahəsindəki ən iri həcmli təlimimiz olan, 8 dəfə təşkil edərək uğurla keçirtdiyimiz "İnsan Resurslarının İdarə Edilməsi" təliminə 21 oktyabr 2018-ci il tarixindən etibarən 9-cu dəfə start verəcəyik. ...
Davamı

"Business Management School" MMC 0-dan başlayanlar üçün "HR Assistent" təliminin 4-cü sessiyasına start verir!

Finmarket - 05.10.2018 43
Təlimdə HR sahəsində heç bir təcrübəsi olmayanlar, lakin bu sahədə karyera qurmaq istəyənlər iştirak edə bilərlər. Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq...
Davamı

“Business Management School” haqqında

Səbuhi - 05.10.2018 82
“Business Management School” MMC öz fəailiyyətinə 2015-ci ildən başlamışdır. Fəaliyyətimizin əsas istiqaməti Azərbaycan hüdudlarında biznesin inkişafı üçün ehtiyac duyulan ixtisaslara aid yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlərin təşkil olunm...
Davamı

“G&I Consulting Group” “QİDA TƏHLÜKƏSİZLİYİ” | Food Safety üzrə 2-ci və 3-cü səviyyəli təlimlərin keçirilməsinə strat verdi.

Finmarket - 03.10.2018 96
Təlim Beynəlxalq Standartlar və Proqramlar əsasında keçiriləcək. Təlim İctimai İaşə xidmətində (Qida sənayesində | qida tədarükündə) çalışan və bu sahədə peşəkar karyera qurmaq arzusunda olan bütün şəxslər üçün nəzərdə tutulub. Təlim 2 səviyyədə ...
Davamı

"SƏTƏM mütəxəssisi" təlim kursu

Finmarket - 01.10.2018 89
"SƏTƏM Mütəxəssisi" olmaq istəyənlərin nəzərinə...! "G&I Consulting Group" Təlim və Konsultasiya Mərkəzi Oktyabr 2018-ci il tarixindən yeni qrupla kursa başlayır. Bu kurs SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində &ccedi...
Davamı

Azərbaycanda SƏTƏM-in inkişafı perspektivləri

Anar - 01.10.2018 78
Dünya miqyaslı tədbirlərdə iştirak etmək qürurvericidir, amma hər dəfə belə tədbirlərdə iştirak edən zaman içimdə güclü qibtə hissi baş qaldırır. Niyə?! Niyəsini təəssüratlarımı bölüşərkən siz də anlayacaqsınız. Bu dəfə 17-18 Sentyabr IOSH (Institute o...
Davamı

Matrix Technologies şirkətinin təqdimatı

Finmarket - 26.09.2018 33
"Gəlin tanış olaq! Şirkətimiz Matrix adlanır. Komandamız 2017 –ci ildən İT outsourcing üzrə fəaliyyət göstərir. 2018-ci ildən etibarən xidmətlərimizi genişləndirərək, fəaliyyətimizi Matrix brendi altında davam etdirməyi qərara aldıq. «Matrix» technologies müə...
Davamı

“Təcili yardım işıqlandırması” və “Təhlükəsizlik işarəsi” mütləq yerləşdirilməli olan yerlər

Şahvaris - 25.09.2018 93
Təcili yardım işıqlandırması obyektin şəbəkə gərginliyinin kəsilməsi ilə avtomatik olaraq dövrəyə girən işıqlandırma sistemidir. Qəza, zəlzələ, yanğın və s. kimi səbəblərdən kəsilən şəbəkə gərginliyindən avtomatik olaraq dövrəyə girən fövqaladə vəziyyət işıqlandırması sürətli və ...
Davamı

"EDU CAMP" - Xarici dil və xaricdə təhsil mərkəzinin təqdimatı

Səbuhi - 21.09.2018 248
“EDU CAMP” Tədris Mərkəzi bir ildən çoxdur ki uğurlu fəaliyyət göstərir. Fəaliyyətimizin qarşısında duran başlıca hədəf müştərilərimizin məmnunluğunu hər zaman üstün tutmaq, onların daha tez, effektiv və keyfiyyətli xarici dil öyrənmələrinə və xaricdə təhs...
Davamı