Stereotiplər və ya ideya qatilləri

Səbuhi Məmmədəliyev31.05.2018 158

Salam! Bu gün “Rekruiting” sahəsində tendensiya halına gələn stereotiplər haqqında fikirlərimi bölüşmək istəyirəm. Düşünürəm ki bəzi rekruterləri qıcıqlandıran məqamlar da olacaq, amma nə edə bilərik... İnsan daim seçimlərlə üzləşir! Ya düşünüb nəticə çıxaracaq, ya da “oynamıram” deyib kin saxlayacaqlar.

İnsan resursları – dərin anlayışdır, düşünənlər üçün! İnsanlarla işləyən kəslər hər bir insana individual yanaşmalı və bilməlidir ki STEREOTİPLƏR bir - çox insanın ədalətsizcə kənara atılması və nəticədə ümidlərin sönməsi, potensialın basdırılması ilə bitir. Rekruterin missiyası – bu potensialı üzə çıxarmaqdırsa, STEREOTİPLƏRİ qırmağa çağırıram!

ƏMƏK TƏCRÜBƏSİ STEREOTİPİ

Gənclərimizin ən çox şikayətləndiyi mövzudur. Elanlarda riyazi üsulla belə üst-üstə düşməyən ali təhsil tələb edən yaş-staj bağlılığını demirəm, bu ayrıca mövzudur.

Ən çox yayılan stereotip – yaxşı işçi 3-5 il iş stajına malik olmalıdır. İşəgötürənlər bu tələbləri irəli sürərkən düşünürlər ki, belə işçilər heç bir hazırlıq tələb etmədən dərhal gələn kimi şirkətə gəlir gətirəcək. Rekruterlər isə (bir çoxları) rəhbərlər qarşısında “baş üstə” siyasətindən istifadə edib, guya bu fikirlə razılaşırlar.

Çətin ki bu rəqəmlər əsl biznesə faydalı olsun! Əslində işin incəliklərini anlamaq və əsas alətləri müəyyən etmək üçün, 6-12 ay kifayətdir.  Hətta 1 illə 5 ilin arasındakı fərq də get-gedə azalır. Bir neçə il eyni işi öyrəndikdən sonra, məhsuldarlıq əyrisi platoya gedir. Məsələnin məğzi, insanın müəyən işə sərf etdiyi müddət deyil, bu işi nə səviyyədə mənimsəməsidir, yenilik və eksperementləri, müasir metodika və alətlərdən istifadə bacarığıdır!

TƏHSİL STEREOTİPİ

Əgər təhsil haqqında danışırıqsa, məsələnin mərkəzinə diplomun qoyulması elə də vacib deyil, həkimlər və ya hüquqşünaslar haqqında danışmırıqsa. Təhsil müəssisələrinə loyallıq bildirməyə məcbur olduğum üçün məlum səbəbləri çox da xırdalamayacağam. Düşünürəm ki bir illik məsləhətli yerdə real təcrübə formal olaraq universitetə gedib-gələn diplomlu şəxslərdən daha faydalıdır. İnkar etməzsiniz yəgin ki, bir çox peşəkar İT mütəxəssislərinin ya diplom ixtisası ayrıdır, ya da ki orta təhsilli özməşğul şəxslərdir. Hətta Dünya üzrə biz yetərincə təhsilini yarıda buraxıb bizneslə milliyardlar qazanan kəsləri tanıyırıq, adlarını çəkməyə ehtiyyac yoxdur yəgin ki! Xülasə - TƏHSİL VACİBDİR, amma başlıca mövzu deyil!

KEÇMİŞDƏ BƏYƏNMƏDİYİN NAMİZƏDİ HƏMİŞƏLİK SİLMƏK

İnsanla asan həll yollarına meyillidirlər, bəzən yalnış yol olsa da. Bunun nəticəsidir ki, illər öncə insan haqqında yaranan təəsüraat əsasında mühakimə edirik. Müsahibəyə dəvət etmirik ki: “insanlar dəyişilməzdir”! Əsla belə etmək lazım deyil, insanlar kifayət qədər dəyişirlər!

Birincisi, əlbəttə, yaxşı bir mütəxəssis illər ərzində artan peşəkarlıq səviyyəsinə malikdir. Yəqin ki, bir neçə il bundan qabaq, müsahibə kürsüsündə əyləşən praktiki bacarıqları olmayan gənc bir xəyalçı oturmuşdu, və indi siz bazarın əsl akulası ilə üz-üzə ola bilərsiniz. Ancaq bu yeganə dəyişiklik deyil.

İnsanlar bəzən dəyərləri və qlobal baxışları, xarakter əlamətlərini və problemlərin həlli üçün əsas yanaşmaları dəyişir. Dünən zəif ünsiyyət qabiliyyətlərini göstərən və yığıncaqda bir fikir ifadə etməyə cəsarət etməyənlər, bu gün "əyilməz" tərəfdaşlar ilə milyonluq sazişlər bağlaya bilər. Üç il bundan əvvəl sıfır proaktivliyi və müştəri yönümlü olmamasını göstərən bir kəs, bəlkə də, iş yerinizdə sonsuz sadiq müştərilər - yeni Apple - imperatorluq qurmağa qadirdir. İnsanlara qarşı anlayışlı olun, onlara özlərini sübut etmək üçün arena verin!

YAŞ MƏHDUDİYYƏTİ

Əksər işəgötürənlər əmək qabilliyətsizliyini peniya yaşından daha tez gəldiyini güman edir. Praktikada işləməyin yuxarı yaş həddi qeyri-formal olaraq 40-dır. Qeyri-dövlət sektorunda işə qəbul olunan bəxtəvər kəslər adətən 25-35 yaş arasındadır. Bəli, razıyam yaşlı əməkdaşlarda enerji və güc ehtiyyatları 30 yaşındakı insanda olan qədər deyil. Ancaq iş günün və ya iş həftəsinin qısaldılması ilə (məvacibdə azalma şərti ilə)  bu məslələni həll etmək olar.

Ardı var!

Səbuhi Məmmədəliyev

Özünü sadəcə bir insan sayır. Əsas missiyası düzgün yaşamaqdır. Məqsədi – cəmiyyətə yardım etməkdir. Psixoloji problemlərdən və stereotiplərdən ətraf mühitin təmizlənməsində tövhə verməyə çalışır. Məqalələri

Oxşar məqalələr

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 167
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 675
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 978
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 563
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 547
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 678
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 259
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 378
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 326
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı

İş elanının düzgün tərtibatı və optimal namizədlərin cəlb edilməsi haqqında

Səbuhi - 05.06.2018 478
Keyfiyyətli yazılmış iş elanı bizə bir çox üstünlük verir: Əksər uyğun olmayan namizədlər dərhal aradan qaldırılır "Lazımsız" müsahibələrin təşkili və aparılması üçün vaxt və səy sərf etmirsiniz Səylərinizi optimal namizədlərə yönə...
Davamı