Terrora ikili yanaşma və ona verilən dövlət dəstəyi

Ramid Hüseynov20.09.2018 432

Maraqlıdır ki, son zamanlar münaqişlərin ümumi təhlilinə nəzər yetirsək görürük ki, münaqişə prosesində bir çox hallarda mübarizə metodu kimi terror aktlarından istifadəyə üstünlük verilir. Bunu yaradan səbəblər nədir? Terror nədən mübarizə metodu kimi istifadə olunur?

Qeyd olunan suallara cavab olaraq qeyd etmək olar ki, müasir münaqişələrin ən qanlı və təhlükəli təzahür formalarından biri olan terrorizm qloballaşan dünyanın bütün texnoloji nailiyyətlərini mənimsəmək və insanlıq əleyhinə istifadə olunmaqla özü qlobal bir xarakter kəsb etməkdədir. Terrorizmin əsasında qloballaşmaya və qlobal siyasətə və daxili hakimiyyətə qarşı müqavimət, etnik separatizm, dünyada baş verən qeyri-bərabər və ədalətsiz proseslərə etiraz, həmçinin özlərinin  maddi və mənəvi iddialarını reallaşdırmaq, gəlir götürmək, hansısa qeyri-qanuni ehtiyaclarını təmin etmək istəyi və s. dayanır.

Yaxın Şərqdə, Suriyada və buna yaxın ərazilərdə baş vermiş terror hadisələri, terrorçuların həyata keçirdikləri vəhşiliklər bunun planlaşdırılmış formada ayrı-ayrı insanlar, təşkilatlar, xüsusi orqanlar və bəzən bütöv dövlət dövlətlər qrupu tərəfindən təşkil olunmuş və məqsədli şəkildə həyata keçirilmiş bir siyasətin tərkib hissəsi olduğunu deməyə əsas verir.  

Belə ki, terrorizmin iki əsas forması mövcuddur: dövlət terrorizmi və fərdi terror. İkinci dünya müharibəsindən sonra yaranmış ideoloji qarşıdurma dövründə dövlətlərin bir-birinə qarşı həyata keçirdiyi terror aktları, yaxud bir dövlətin müxtəlif məqsədlərlə başqa dövlət ərazisində həyata keçirdiyi hərbi-siyasi ekspansiyalar dövlət terrorizmi kimi qiymətləndirilirdi. BMT Baş Assambleyasının 39-cu sessiyasında qəbulolunmuş “Dövlət terrorizmi siyasətinin və dövlətin digər suveren dövlətlərdə ictimai-siyasi quruluşun sarşıdılmasına yönəlmiş fəaliyyətinin yolverilməzliyi haqqında” xüsusi qətnaməsi dövlət terrorizminin qarşısını almaq məqsədi daşıyırdı.

Dövlət terrorunun bazir nümunəsi kimi Erməni terror qrupunun hər zaman dövlətdən və ya kilsədən birbaşa dəstək almasını misal göstərə bilərik. Bu baxımdan Asala, Hınçak və s. terror qrupları bu dəstəklər sayəsində digər dövlətlərdə təxribatlar törətməklə həmin ölkələri və xalqları mənəvi qorxu içində saxlamaqla, həm də dövlətlərin siyasi sabitliyinin, suverenliyinin  pozulmasına cəhd edirlər.  Amma çox təəssüflər olsun ki, dünya gücləri tərəfindən beynəlxalq hüquq normalarına ikili münasibət sərgiləmələri nəticəsində nisbətən kiçik dövlətlərdə baş verməkdə olan bu tip terror aktları dünya üçün böyük ictimai reaksiya doğurmur. Halbuki, bir çox ölkələrində (o cümlədən vaxtilə Azərbaycanda) bu terror hadisələri nəticəsində çoxlu uşaq, qoca, qadın və digərləri dünyalarını dəyişmişlər.   

Amma son illərdə Fransada, Böyük Britaniyada, Almaniyada və digər avropa dövlətlərində miqyasından asılı olmayaraq baş vermiş bu tip hadisələr xüsusi müzakirələrə səbəb olmaqla, daha çox ictimailəşdirilməklə, insanlıq əleyhinə bir cinayət olması nümayiş etdirilir və ölmüş hər bir vətəndaşın dəyəri və hörməti ən yüksək səviyyədə qiymətləndirilir. Halbuki, ərəb və digər zəif dövlətlərdə yüzlərlə körpənin, qadının, yaşlının bir terror hadisəsində öldürülməsinə baxmayaraq bu qərbin reaksiyasına səbəb olmur. Belə bir sual yaranır, axı beynəlxalq səviyyədə qəbul edilmiş insan hüquq və azadlıqları kriteriyası ölkələrə uyğun dəyişirmi? Yoxsa bu kriteriyalar ancaq Qərb cəmiyyəti üçün keçərlidir?

Digər tərəfdən terrorun həm də islamla, islam fundamentalizmi ilə əlaqələndirilməsi qərb dövlətlərinin “terrorla mübarizə adı altında” Şərqə, İslam dünyasına qarşı çıxmasına, silahlı hücüm taktikasını həyata keçirməsinə fürsət yaradır (baxmayaraq ki, özləri də yaxşı bilirlər ki, islam qəti olaraq terrora qarşıdır. Misal: Qurani-Kərimdə qeyd olunur ki, “bir insanın öldürülməsi bütün bəşəriyyətin öldürülməsidir” ). Şübhəsiz ki, islamın durmadan artan nüfuzu, müsəlmanların sayının çoxalması qərb dövlələrini bu addımı atmağa vadar edir. Əsasəndə Yaxın Şərqdə baş vermiş hadisələrdən sonra müsəlmanların Avropaya miqrasiyası və demoqrafik vəziyyətin onların xeyrinə dəyişməsi qərb ictimaiyyətini gözlənilməz sürprizlərlə üz-üzə qoydu. Bu baxımdan baş vermiş terror hadisələrinin (“idarəolunan”) birbaşa islamla əlaqələndirilməsi ictimai fikirdə islama olan müsbət tendensiyaların qarşısının alınması, onun genişləndirilməsinə mane olunması məqsədi daşıyır.  

Xüsusilə də ABŞ-da 11 sentyabr 2001-ci il terror aktlarından sonra bu proses daha geniş formada cərəyan etməyə başladı. ABŞ prezidenti bu hücumu “XXI əsrin ilk müharibəsi” kimi xarakterizə edərək bildirmişdir ki, “radikal terrorçular şəbəkəsi və onları müdafiə edən hər bir hökumət bizim düşmənimizdir”. “Qlobal terrorçu şəbəkəni dağıtmaq və məhv etmək üçün biz bütün resurslardan, diplomatiyanın bütün vasitələrindən, kəşfiyyatın bütün üsullarından, bütün maliyyə imkanlarından və müharibənin bütün zəruri vasitələrindən istifadə edəcəyik...”. Bu ifadədən də göründüyü kimi, terror dedikdə yalnız şərq, islam dünyası xatırlanır.  Belə ki, 11 sentyabr terror hadisəsi terrorizmin dövlət siyasətinin tərkib hissəsi olduğunu göstərməklə, dövlətlərin münaqişələrə, müharibələrə başlamasına şərait yaratdı.  Yaranmış bu cür fürsətin reallaşdırılması nəticə etibarilə hazırkı Şərq və Ərəb dünyasında qlobal münaqişələrin, vətəndaş müharibələrinin, silahlı qarşıdurmaların illərlə davam etməsinə gətirib çıxarıb.

Bu münaqişələrin gedişi zamanı təəssüf doğurucu məqamlardan biri də dünya güclərinin bir-birlərinə qarşı mübarizədə məhz terror qruplaşmalarının “köməyindən” istifadəyə yol vermələridir. Bu vasitədən istifadə bir çox dövlətlərin açıq mübarizədən çəkinərək, birbaşa iştirakdan kənar qalmasına fürsət yaradır. Başqa sözlə terror qruplarına dolayı dəstək dövlətlərə geosiyasi və geoiqtisadi maraqlarını həyata keçirmək, istehsal olunan yeni silahların sınağını və ya satışını həyata keçirmək, həm də karbohidrogen yataqları üzərində nəzarətin ələ keçirilməsi şansını qazandırır. İqtisadi, siyasi mübarizənin bu yolla həyata keçirilməsi daha effektiv olmaqla bərabər dövlətlərarası münasibətlərin bütünlüklə kəskinləşməsinin qarşısını alır.

Əfqanıstanda Əlqaidə, İraq və Suriyada İŞİD, Türkiyədə PKK, İsraildə digər terror qrupları bilavasitə böyük dövlətlərin maddi yardımı, hərbi texniki baxımdan təchizatı ilə formalaşması və digər dövlətlərə dolayısı ilə təsir mexanizmi kimi istifadə edilməsi dünya dövlətlərinin rəsmi şəxsləri tərəfindən etiraf olunması (əsasəndə rəsmi postlarını təhvil verdikdən sonra) dediklərimizi sübut etməyə əsas verir. Bu cür etiraflar bir daha onu göstərir ki, müasir terrorizm heç də hansısa bir qrupun yaratdığı təhlükə və təhdid deyil, məhz dövlətlərin bir-birlərinə qarşı mübarizəsinin başqa formada həyata keçirilməsi üsullarından biri kimi özünü göstərməkdədir. Bu qarşılıqlı mübarizədə dövlətlər üçün əy uyğun metod kimi görünə bilir.  

Amma hər hansı bir terror təşkilatı müəyyən dövr ərzində hansısa dövlət tərəfindən bu və ya digər formada  dəstək almasına və ya onun maraqlarına uyğun çıxış etməsinə baxmayaraq, sonda həmin dövlətin özü üçün problemə çevrilir.

Terrora ikili yanaşma və onun dövlət səviyyəsində dəstəklənməsi yolverilməzdir. 

Ramid Hüseynov

Ramid Hüseynov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov Ramid Söhbət oğlu. H. Əliyev adına AAHM-in dosentidir. 100-ə yaxın beynəlxalq və yerli əhəmiyyətli elmi konfranslarda məruzələrlə çıxış etmişdir. 2 dərs vəsaitinin, 3 metodiki vəsaitin, 35 elmi əsərin müəllifidir. İngilis, rus və türk dillərini bilir. Məqalələri

Oxşar məqalələr

Hərraclarda satılmış 10 ən bahalı brilliantlar

Məcid - 26.11.2018 61
Noyabrın 13-də Cenevrənin (İsveçrə) məşhur “Christie’s” (Kristis)  hərracında dəyəri 50,3 milyon İsveçrə frank (50 milyon dollar) olan, 19 karatlı “Pink Legacy” (Çəhrayı irs) brilliantı ilə bəzədilmiş platin üzük satılıb. Bununla da &...
Davamı

Müxtəlif ölkəkərdə qadağan olunan sadə məhsullar

Məcid - 26.11.2018 39
Bəzi ərzaqlar (məhsullar) var ki, onlar insan səhhətinə ciddi ziyan vura bilərlər. Elə məhsullar da var ki, onları asanlıqla qonşu marketdən almaq mümkündür. Lakin heç düşünmüsünüz ki, sevimli sousunuz və ya mövsümi aldığınız meyvələrin hansıs...
Davamı

Külək turbinləri necə işləyir?

Şahvaris - 07.11.2018 88
Havanın bir maye olduğunu təsəvvür etmək çətindir. Çünki hava görünməzdir. Mayedən fərqli olaraq, hava daha tez hərəkət edir və bütün ətraf mühitini əhatə edir. Havanın bu xüsusiyyətini kinetik enerjiyə çevirmək prosesi “Wind Energy&...
Davamı

Məhkəmədə nümayəndəliyin ləğvi mövzusu

Hikmət - 02.11.2018 144
Bu mövzunun Nümayəndəliyin ləğvi adlandırılması əslində bu məsələyə düzgün yanaşma deyil. Çünki nə nümayəndəlik nə də məhkəmədə nümayəndəlik ləğv olunmayıb. İstənilən şəxs sizi istənilən bir dövlət qurumunda etibarnamə ilə təmsil edə bilər. Yalnız məhkə...
Davamı

DƏVƏT: "QAN VER, XİLAS ET!"

Rəvanə - 24.10.2018 81
Azərbaycanda yayılmış əsas xəstəliklərdən biri Talassemiya xəstəliyidir. Bu xəstəlik haqqında danısmaq mənim üçün nə qədər çətindirsə, bir o qədər də vacibdir. Lakin nə qədər çətin olsa da, real şahid olaraq bu xəstəlik haqqında cəmiyyətimizin maarifləndirilməsi və aks...
Davamı

18 Oktyabr - Dövlət müstəqilliyi günüdür!

Səbuhi - 18.10.2018 46
Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 19...
Davamı

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 166
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 129
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 271
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 683
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı