Təzə təqdim olunan “iOS 12” haqqında bilməli olduğunuz əsas məqamlar

Məcid Musayev18.06.2018 296

“iOS 12”nin tətbiqi ilə “iPhone” və  “iPad”inizdə böyük dəyişikliklər baş verəcək. “Apple” şirkəti proqram təminatçılarının beynəlxalq konfransı WWDC 2018 çərçivəsində özünün “iOS12”ni təqdim edib. 

Bu yeni xəbər “Apple” məhsullarının istifadəçilərini həm çox sevindirdi, həm də bir qədər məyus etdi. Səbəb “iOS 12” cihazınızın kifayəq qədər böyük yaddaş həcmini tutacaq.

“iOS 12” proqram təminatı “Apple” cihazlarına sabitlik gətirəcək, bu da öz növbəsində istifadəçilərin razılığına səbəb olacaq. “Apple”ın sözlərinə görə “iOS 12”-də bütün tətbiqlər və kamera daha sürətlə açılacaq. Eyni zamanda öncəki “iOS 11” rast gəlinən bir çox səhvlər və problemlər artıq tarixə qovuşacaq.

Təqdim edilmiş yeni proqram təminatında bir çox yeniliklər, əlavə funskiyalar və öncəki əməliyyatların daha inkişaf etdirilmiş formaları öz əksini tapıb. Yalnız proqramçıların başa düşəcəyi, qəliz texniki söz birləşmələrindən kənarlasaq yeni “iOS” sizi aşağıdakılar gözləyir.

“Siri” düyməsi

Müstəqil “Siri” düyməsinin yaradılması isə  “Apple” “iOS” əsaslı cihazlarında bütün əməliyyatları avtomatlaşdırılmasını düşünür. “Siri” “iOS 12”də daha çox tətbiqlərlə əlaqədə işləyə biləcək, nəticədə “Siri” istifadəçinin bu və ya digər əmrini daha dəqiq anlayaraq, tələb olunan yardımı göstərə biləcək.

WWDC 2018 buna bariz bir nümunə gətirildi. Belə ki, “Siri”dən açarları tapmaqda kömək etmək xahiş olundu. “Siri” bu əmri açara taxılı olan pilinqator cihazı olan “Tili”nin işə salınması qəbul et və pilinqatoru qoşaraq, açarın harada olduğunu göstərdi. Bu cür avtomatlaşdırılmış yanaşma tələsən istifadəçi üçün çox böyük rahatlıq təmin edir.

Qrup şəkilli “FaceTime” funksiyası

Bundan sonra “FaceTime” zəngi sizin qrupşəkilli daşığınızı 1:1 ölçülü (bütün qoşulanlar bir ekranda) əks etdirməyəcək. Artıq “FaceTime” 32 istifadəçini eyni anda, qəbul edərək, smartfonun ekrana yönləndirə biləcək. Belə ki, bundan sonra istifadəçi interfeysi “FaceTime” iştirak edən adamları onlar danışdıqca ekranda ortaya salacaq. Sizin diqqətinizi danışan şəxsə cəlb etmək üçün “FaceTime” daşınaın video-görüntüsünü fokuslayacaq.

Dil hərəkətlərinin izlənilməsi

Yenilənmiş “iOS 12”də “Apple” üzizləmə sistemi daha təkmilləşdirilib. Daha dəqiq desək dil hərəkəti əsasında smartfonun hazırladığı “Animoji” və ya “Memoji”lər daha gülməli və diqqət cəlb edən olacaq.

Köhnəlmiş cihazların daimi dəstəklənməsi

Bu funksiyanın dəqiq əlavə olunub-olunması hələ də müəyyənləşməyib, ancaq gəlin razılaşaq köhnə “Apple” cihazının yenilənmiş əməliyyat sisteminin dəstəkləməsi əla imkandır. “iOS 12” “iPhone 5S” daxil və daha sonra çıxan smartfon modellərinə, eyni zamanda “iPad” Mini 2 daxil və daha sonra çıxan planşetlərə keçərli olacaq. Bundan əlavə “iPod Touch 6th Gen”-lər də “iOS 12”dən yararlana biləcəklər. Qeyd etmək lazımdır ki, özünün əməliyyat sistemlərinin inkişafına gəldikdə “Apple” bütün istifadəçilərini nəzərə almağa çalışır. 

Qruplaşdırılmış bildirişlər

Bu çoxdan gözlənilən yenilik idi. “iOS” istifadəçiləri gündəlik olaraq bir çox oyun və proqramlardan yararlanırlar, ancaq onlar da öz növbələrində sonsuz bildirişlərilə smartfonun ekranını dolduraraq istifadəçini narahat edir, onun vaxtını aparırlar. “iOS 12” ilə istifadəçiləri “Android 8.0 Oreo”da yaranan problemlərdən uzaq olacaqlar. Yeni əməliyyat sisteminin tətbiqi ilə bütün bildirişlər qruplaşdırılaraq istifadəçinin diqqətinə çatdırılacaq. Bunun nəticəsində gündəlik həyatımızın idarəedilməsi sadələşəcək.

“Siri” düyməsi haqqında əlavə

“Siri”ni yenilənmiş “iOS”un əsası adlandırmaq olar. Çünki “iOS 12”də “Siri” təkcə açarlarınızı tapmaq sizə kömək etməyəcək. Yenilənmiş “Siri” bundan daha artığını bacarır. Belə ki, sizin coğrafi bölgənizdə məqbul olan proqram yenilikləri və evinizdə vahid İKT idarəsinə inteqrasiya edilmiş “ağıllı məişət texnikası”nın olmağından asılı olaraq, siz “Siri”yə “otaq istidir” deyən kimi o kondisioneri yandıracaq və ya pərdələri çəkəcək. Ya “Siri” bütün dostlar siyahınızda olan kontaktlarınıza “dəvət” göndərə bilər.

“ARKit 2”

Genişləndirilmiş Reallıq (GR) funksiyası da “iOS 12”də yenilənib. Artıq oyunun mümkün oynanılması variantları çoxalacaq, həmdə oyunçular sinxronlaşdırılmış cihazlar arasında bir GR-i paylaşa biləcəklər. GR ələtlərinə də hazır olun.
“Apple” “iPad” və “iPhone” datçiklərindən real dünya cihazlarının dəqiq ölçülməsini təmin edən “Measure” (Meyar) ələtini də təqdim edib.

Smartfonun vəziyyətinin izlənilməsi

Aydın məsələdir ki, “Apple” sizin “iPhone” istifadəçisi olmağınızı istəyir, lakin şirkət sizin smartfona vaxtınızı aparan bir cihaz kimi yanaşmanızı istəmir. Buna görə də yenilənmiş “iOS 12” istifadəçisinə telefonun necə istifadə edildiyini göstərəcək. Daha dəqiq desək yeni proqram təminatı sizin daha çox hansı proqram və ya digər tətbiqlərə vaxt ayırdığınızı müəyyən edəcək. Bundan əlavə “iOS 12”də  bütün istifadəçilər bu və ya digər proqramın istifadəsi üçün müəyyən vaxt limiti də tətbiq edə biləcəklər. Nəticədə siz bütün gününüz yalnız “Instagram”a yox, xəbərlər oxumaqda və ya sabah üçün zəruri qeydlərin aparılmasına sərf edə biləcəksiniz.

“Yatan vaxtı narahat etməmək” funskiyası

“iOS 12” sizin telefon və telefondan kənarda keçirdiyiniz vaxt üzrə yenilik təqdim edir. “Apple” daha da təkmilləşmiş “Yatan vaxtı narahat etməmək” funksiyasını işə salıb. Artıq siz bu və ya digər bildirişləri nəyinki səssiz, hətta onların cihazınızın ekranında görünməməsini idarə edə bilərsiniz. Bu funskiyanın köməyi ilə artıq yatmağa hazırlaşdığınız an, gözlənilmədən gələn bu və ya digər bildirişlərə yuxunuzu qurban verməyəcəksiniz.

Daha sadə şəkil paylaşmaq imkanı

“Apple” şəkilləri də “ağıllı”edir. Yenilənmiş əməliyyat sistemində siz şəkillər qovluğunuzda daha sadə axtarış həyata keçirə və şəkilləri daha sadə formada paylaşa biləcəksiniz. Belə ki, bundan sonra əməliyyat sistemi şəklinizdə digər insanları tanıyıb, müəyyən etdikdən dərhal sonra şəkli həmin insanlarla paylaşmağı özü sizə təklif edəcək. Bonus olaraq, diqqətinizə çatdırırıq ki, “iMessages” əsasında həyata keçirlən bütün paylaşımlar tam olaraq şifrənilir. 

Mənbə: techradar.com

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Gələcəyimizi dəyişəcək 5 texnologiya

Finmarket - 23.11.2017 134
Gəlin yaxın gələcəkdə insanları fantastik film qəhrəmanlarına çevirə biləcək yeni texnologiyaları daha yaxından tanıyaq. 1. Səhiyyədə süni zəka:   Neyron şəbəkələr mövcud tibbi xidmət sistemində əsl inqilab yarada bilər. Dərinləşdirilmiş təlim (yeni proqram dilləri...
Davamı