Hava limanında və ya təyyarənin göyərtəsində olanda digər sərnişinlərin bu hərəkətləri etməsi adamı birmənalı şəkildə əsəbiləşdirir.
Əgər siz davamlı olaraq hava nəqliyyatından istifadə edirsinizsə, sadalayacağımız 13 hərəkət sizə tanış gələcək.
1. Baqajınızın qeydiyyatı proseduruna vaxt sərf etməmək üçün siz uçuşa ancaq əl çantası (əl yükü) götürürsünüz, lakin hava limanlarında fərqli təhlükəsizlik qaydalarına görə bəzən onu da mütləq qeydiyyata salmalı olursunuz.
2. Siz təyyarədə öz oturacağınıza keçmək istəyirsiniz, ancaq bir nəfər özünün böyük ölçülü yükünü orturacaqların üzərindəki yük yerinə yerləşdirməyə çalışması ilə bütün sıranı ləngidir.
3. Nəhayət, siz öz oturacağınıza çatırsınız, amma orada artıq kimsə oturub. Həmin şəxs əmindir ki, bu yer onundur. Nəticədə məcbur olaraq biletinizin üzərindəki yeri həmin şəxsə göstərməli olursunuz və məlum olur ki, qarşı tərəf oturacaq cərgəsini səhv salıb. Bu hələ yaxşı ssenaridir. Bəzən olur ki, aviaşirkət bir yeri bir neçə nəfərə satır. Bu zaman təyyarə bələdçisini çağırıb, ondan yardım istəmək yeganə çıxış yoludur.
4. Budur, nəhayət, təyyarə göyə qalxdı və uçur, lakin göyərtədə kimsə (bir və ya bir neçə nəfər) bütün uçuş boyu dayanmadan uca səslə danışır və siz söhbəti, hətta bir neçə sıra aralıda oturmağınıza baxmayaraq eşidirsiniz.
5. Uçuş zamanı kimsə ayaqqabılarını çıxarır və siz xoşagəlməz “ətri” hiss edirsiniz.
6. Arxanızdakı sərnişin bütün uçuş boyunca sizin oturacağınızı təpikləyir.
7. Siz dəhlizə çıxmalısınız, lakin yanınızda əyləşmiş digər sərnişinlər yerlərindən durmaq istəmədikləri üçün onların üzərindən sıxılıb keçməlisiniz.
8. Siz tualetə getməlisiniz, ancaq təyyarə bələdçisi yemək arabası ilə dəhlizi tutub.
9. Uçuş zamanı bir nəfər pəncərəni açır və günəş şüası məhz sizin üzərinizə düşür.
10. Uçuş vaxtı siz acmısınız, ancaq yeməyə qiyməti 10 dəfə artırılmış sendviçlərdən başqa heç nə yoxdur.
11. Sizin yanınızda oturan şərnişin qıraqdan gətirdiyi yeməyi çıxarıb yeyir və yeməyin iyi kifayət qədər narahatedicidir.
12. Uçuş ərazində yuxulayır və oyananda hesab edirsiniz ki, artıq bir neçə saat vaxt keçib, lakin əslində cəmi 20 dəqiqə keçib. Bu zaman sizi vahimə basa bilər və siz təmkinliyinizi itirə bilərsiniz. Ona görə də təyyarədə yuxudan duran kimi saata baxmağa tələsməyin.
13. Nəhayət, siz mənzil başına çatdınız, təyyarə eniş etdi, amma hələ hərəkət etməyə davam edir, lakin hamı artıq yerindən durub, əl yükünü götürür və çıxış dəhlizində tıxac yaradır.