Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

Məcid Musayev15.11.2018 398

Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edir.

“Henley Passport Index” sıralamasının yenilənmiş hesabatına görə hal – hazırda ən yaxşı pasport (daha çox vizasız gediş-gəliş imkanı verən) Yaponiyaya məxsusdur. 

Oktaybrın sonunda Myanmaya vizasız gediş-gəliş imkanı əldə etməklə Yaponiya pasportunun sahibləri, vizasız səyahət edə biləcəkləri ölkələr sayını rekord 190 dövlətə qaldırdılar. Bununla da Yaponiya əvvəlki hesabatında birinci olmuş Sinqapuru (189 dövlətlə vizasız səyahət rejimi) qabaqlayıb. 

Nəticədə cari ilin əvvəlində sıralamada birinci olan Almaniya 3-cü pillədə qərarlaşıb. Eyni pillədə Fransa və Cənubi Koreya pasportları da yer alıblar.  

186 ölkə ilə vizasız (və ya yerində viza almaq imkanı) səyahət rejimində olan ABŞ və Böyük Britaniya pasportları yenilənmiş sırlamada 5-ci yerdədirlər. Xatırladırıq ki, 2015-ci ilin hesabatında birincilik məzh bu iki ölkənin pasportuna aid idi. 

Qonşu Rusiyanın pasportu isə sıralamada geriləyərək, 47-ci yerdə qərarlaşıb. Son olaraq sentyabrda Tayvan hökumətinin Rusiya vətəndaşlarına viza tələbinin aradan qaldırması qərarı belə Rusiyanın sıralamadakı yerinə heç bir təsir göstərməyib.

“Pasportunun inkişafı tarixinə görə ən yaxşı ölkə hansıdır?” sualını verəsiniz Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) nəzər salmağınızı məsləhət görürük. Ölkə uzaq 2006-cı ildə sıralamada 62-ci yerdə idi, lakin geridə qalmış 12 il ərzində BƏƏ öz nəticələrini qaldıraraq, 21-ci yerə qədər irəliləyə bilib. Onu da qeyd edirik ki, BƏƏ və Rusiya bu yaxınlarda qüvvəyə minəcək qarşılıqlı sadələşdirilmiş viza rejiminə keçid ediblər.

Sırlamada irəliləyənlər arasında Çin də var. Belə ki, Myanma və Sent-Lyusiya adalarına vizasız səyahət etmək imkanı əldə etmiş Çin pasportu 14 pillə qalxaraq, 71-ci yerdədir. 

Bəs bu sıralamada ən aşağı yerdə hansı ölkələrin pasportları qərarlaşıblar?

Hal – hazırda ən zəif pasport İraq və Əfqanıstana məxsusdur. Onların daşıyıcıları cəmi 30 ölkəyə vizasız rejimdə səyahət edə bilirlər. Daha sonra Suriya və Somali (32 ölkə) və Pakistan (33 ölkə) gəlir. 
“Henley Passport Index” yenilənmiş ən yaxşı pasportlar sıralaması:

1.    Yaponiya – 190 ölkə

2.    Sinqapur – 189 ölkə

3.    Almaniya, Fransa, Cənubi Koreya – 188 ölkə

4.    Danimarka, Finlandiya, İtaliya, İsveç, İspaniya – 187 ölkə

5.    Norveç, Birləşmiş Krallıq, Avstriya, Lüksemburq, Niderlandlar, Portuqaliya, ABŞ – 186 ölkə

6.    Belçika, İsveçrə, İrlandiya, Kanada – 185 ölkə

7.    Avstraliya, Yunanıstan, Malta – 183 ölkə

8.    Yeni Zelandiya, Çexiya – 182 ölkə

9.    İslandiya – 181 ölkə

10.  Macarıstan, Sloveniya, Malayziya – 180 ölkə
 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çin yüksək sürətli sualtı dəmir yolu inşa edəcək

Məcid - 03.12.2018 173
Çin ölkəni əhatə edən yüksək sürətli dəmir yolları şəbəkəsini genişləndirməyə davam edir. Rəmsi Pekinin verdiyi son açıqlamaya görə hökumət Şanxaydan cənubunda yerləşən Ninbo liman-şəhərini, ölkənin qərb sahilləri, Çjouşan arxipelaqı ilə birləşdirəc...
Davamı

Maldivdə ilk sualtı hotel istifadəyə verilib

Məcid - 27.11.2018 225
Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur.  Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə ik...
Davamı

İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

Məcid - 21.11.2018 422
1) Heç vaxt müstəmləkə olmamış ölkə Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prose...
Davamı

Cənnət adalarının yanında zibil dağları

Məcid - 16.11.2018 220
Elə bilirsiniz ki, turizm mərkəzi olan dövlətin (ərazinin) heç bir problemi yoxdur? Tam əksinə, turizm sektorunun hər zaman əks tərəfi (təsiri) var. Bu mövzuda turizm cənnəti hesab edilən Maldiv adalarını, daha konkret desək Maldivin Tilafuşi adasının adını çəkə bilərik.&n...
Davamı

Super VIP bank kartları

Məcid - 12.11.2018 160
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur. Lakin sərvətlərinin həc...
Davamı

Makedoniyaya səyahət zamanı görməli olduğunuz 10 yer 

Məcid - 29.10.2018 377
Balaca, lakin qürurlu Makedoniya Keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniya Respublikası indi müstəqil dövlət olaraq, Balkan yarımadasının təqribən mərkəzində yerləşir. Makedoniyanı elə də zəngin və ya güclü dövlət adlandırmaq olmaz. Bir tərəfdən ö...
Davamı

Dünyanın 15 ən yaxşı çimərlikləri məlum oldu

Məcid - 26.10.2018 263
Mərkəzi Asiya üzrə məşhur olan https://www.tripadvisor.ru/ turizm saytı istifadəçilərin (turist-səyyahlar) rəyləri əsasında dünyanın ən yaxşı 25 çimərliklərini müəyyən edib. 15. Anse Latsio / Praslen adası, Seyşel adaları Şüşə kimi şəffaf, isti su, ağacların k&o...
Davamı

Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Məcid - 22.10.2018 382
Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya Ordusu olmayan bir dövlət təssəvür edin. Bundan əlavə həmin dövlətin nə neft, nə də qızıl yataqları yoxdur. Yanına tam pulsuz təhsil və enerji sistemini əlavə edin. Bu ölkədə sakinlər gecələr qapılarını bağlamırla...
Davamı

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 197
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı

Avtomobil hərəkəti olmayan 5 şəhər

Məcid - 02.07.2018 815
Venesiya (İtaliya) Venesiya avtomobil hərəkəti olmayan, müasir şəhər misalının ən bariz nümunəsidir. Hər il 20 milyon turistin ziyarət etdiyi Venesiyada avtonəqliyyat infrastrukturu praktiki olaraq mövcud deyil. Şəhərin əsas ictimai nəqliyyatı su üzərində hərəkət edən taksi-qa...
Davamı