Yaponiya – dünyanın turizm möcüzəsi

Məcid Musayev31.05.2018 722

Son 5 ildə 20 milyondan çox turist Yaponiyaya səyahət ediblər.

1995-ci ildən 2012-ci ilə qədər Yaponiyaya gələn turistlərin sayı 3,3 milyondan 8,4 milyon insana çatıb. Bu illik 6% artım deməkdir. 

Artım hal-hazırda da davam etməkdədir.

BMT nəzdində Ümumdünya Turizm Təşkilatının (BMT ÜTT) sonuncu hesabatına görə 2017-ci ildə Yaponiyaya 28,7 milyon turist səyahət edib. ÜTT 1995-ci ildən bəri apardığı statistika ərzində bu ən böyük göstəricidir. Hesablamalarında ÜTT ölkədə 1 gecədən artıq qalan hər əcnəbini turist kimi qəbul edir. Bu Yaponiyada qeydə alınan ən böyük turizm artımıdır. 

Turizm sektorunun bütün dünya üzrə inkişaf etdiyinə baxmayaraq, Yaponiyada baş verəni “turizm möcüzəsi” adlandırmaq olar. 2012-2017-ci illərdə Yaponiyaya beynəlxalq turizm səfərləri 250% artıb. Bu digər ölkələrlə müqayisədə ən qeydə alınmış ən böyük nəticədir. 

Mütəxəssislər Yaponiya turizm sektorunun belə sürətli inkişafını əcnəbi vətəndaşlara olan viza tələblərinin sadələşdirilməsilə əlaqələndirirlər. Bu sarıdan çinli turistlər üçün viza tələblərinin sadələşdirilməsi əsas göstəricilərdəndir. Yaponiya milli pul vahidi olan yenin 2011-ci ildən bəri ucuzlaşması da turizm sektorunun inkişafına öz təsirini göstərib. Nəticədə əzəli qiymətləri baha olan ölkə, orta büdcəli turistlər üçün də əl çatan oldu. Yaponiyaya gələn turistlərin əksəriyyətinin Çindən olmasına baxmayaraq, hal-hazırda bütün dünya üzrə turistlər “gündoğan ölkə”yə səfər edirlər. 

Bu artım əlbəttə Yaponiya iqtisadiyyatına müsbət təsir edən amil oldu, lakin heç də hər kəs artmaqda olan turist axınında razı deyil. Yaponiyanın “Japan Times” qəzetinin məqaləsinə görə ciddi turist artımı ilə qarşılaşan Kioto və Osaka şəhərlərinin sakinləri şəhərin hədən artıq adamla dolu olduğunu hesab edirlər.  Yerli KİV-lər artıq turist axınını “turist çirklənməsi” adlandırırlar. 

Lakin bəzi yerli dairələrin narazılıqlarına baxmayaraq turizm axınının yaxın müddətdə azalacağı gözlənilmir. Öz növbəsində Yaponiyanın Baş naziri Sinzo Abe 2020-ci ildə (ölkənin Olimpia Oyunlarına ev sahibliyi edəcəyi ildə) ölkəyə 40 milyon turistin gəlməsini hədəfləyib. Son statistika bu rəqəmin kifayət qədər real nəticə olacağını düşünməyə vadar edir. 

 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çin yüksək sürətli sualtı dəmir yolu inşa edəcək

Məcid - 03.12.2018 49
Çin ölkəni əhatə edən yüksək sürətli dəmir yolları şəbəkəsini genişləndirməyə davam edir. Rəmsi Pekinin verdiyi son açıqlamaya görə hökumət Şanxaydan cənubunda yerləşən Ninbo liman-şəhərini, ölkənin qərb sahilləri, Çjouşan arxipelaqı ilə birləşdirəc...
Davamı

Maldivdə ilk sualtı hotel istifadəyə verilib

Məcid - 27.11.2018 70
Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur.  Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə ik...
Davamı

İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

Məcid - 21.11.2018 195
1) Heç vaxt müstəmləkə olmamış ölkə Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prose...
Davamı

Cənnət adalarının yanında zibil dağları

Məcid - 16.11.2018 90
Elə bilirsiniz ki, turizm mərkəzi olan dövlətin (ərazinin) heç bir problemi yoxdur? Tam əksinə, turizm sektorunun hər zaman əks tərəfi (təsiri) var. Bu mövzuda turizm cənnəti hesab edilən Maldiv adalarını, daha konkret desək Maldivin Tilafuşi adasının adını çəkə bilərik.&n...
Davamı

Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

Məcid - 15.11.2018 220
Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edi...
Davamı

Super VIP bank kartları

Məcid - 12.11.2018 56
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur. Lakin sərvətlərinin həc...
Davamı

Makedoniyaya səyahət zamanı görməli olduğunuz 10 yer 

Məcid - 29.10.2018 154
Balaca, lakin qürurlu Makedoniya Keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniya Respublikası indi müstəqil dövlət olaraq, Balkan yarımadasının təqribən mərkəzində yerləşir. Makedoniyanı elə də zəngin və ya güclü dövlət adlandırmaq olmaz. Bir tərəfdən ö...
Davamı

Dünyanın 15 ən yaxşı çimərlikləri məlum oldu

Məcid - 26.10.2018 123
Mərkəzi Asiya üzrə məşhur olan https://www.tripadvisor.ru/ turizm saytı istifadəçilərin (turist-səyyahlar) rəyləri əsasında dünyanın ən yaxşı 25 çimərliklərini müəyyən edib. 15. Anse Latsio / Praslen adası, Seyşel adaları Şüşə kimi şəffaf, isti su, ağacların k&o...
Davamı

Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Məcid - 22.10.2018 212
Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya Ordusu olmayan bir dövlət təssəvür edin. Bundan əlavə həmin dövlətin nə neft, nə də qızıl yataqları yoxdur. Yanına tam pulsuz təhsil və enerji sistemini əlavə edin. Bu ölkədə sakinlər gecələr qapılarını bağlamırla...
Davamı

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 98
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı